Rusiya aktivlərinin müsadirəsi məsələsi Aİ-nin gündəliyndən çıxarıldıbackend

Rusiya aktivlərinin müsadirəsi məsələsi Aİ-nin gündəliyindən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının 18–19 dekabr tarixlərində Brüsseldə keçiriləcək sammitinin gündəliyindən dondurulmuş Rusiya aktivlərinin müsadirəsi məsələsi çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban jurnalistlərlə söhbəti zamanı məlumat verib. Onun sözlərini MTI agentliyi yayıb.

“Macarıstan Aİ sammiti ərəfəsində aparılan danışıqlarda qələbə qazandı”, — deyə Orban bildirib.

Baş nazirin sözlərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen onu məlumatlandırıb ki, Rusiya aktivləri ilə bağlı məsələ qarşıdan gələn Avropa İttifaqı sammitində müzakirə olunmayacaq.