Rusiya BRICS üzvləri üçün”onilliklər üçün” birgə layihələr hazırlayırbackend

Rusiya BRICS üzvləri üçün”onilliklər üçün” birgə layihələr hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya digər BRİKS üzvlərinə ümumi iqlim layihələri təklif edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə iqtisadi inkişaf naziri Maksim Reşetnikov “Rossiya-24” telekanalının efirində danışıb.

Onun sözlərinə görə, Moskva tərəfdaşlarla razılığa gəlmək üçün hazırlıq işləri aparır.

“Biz təklif edirik ki, BRICS ölkələri karbon vahidlərinin qarşılıqlı tanınması və iqlim layihələri barədə razılığa gəlsinlər”, – Reşetnikov bildirib.

O əlavə edib ki, bu gündəliyi qurmaq üçün onilliklər lazım olacaq və hələ assosiasiyaya üzv olmayan dövlətlərlə də beynəlxalq standartlar əsasında müzakirələr aparıldığını qeyd edib.