Rusiya bu ölkə ilə əvəzləndi – Çindəbackend

Rusiya bu ölkə ilə əvəzləndi – Çində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Rusiya neftini əvəz etmək üçün Səudiyyə Ərəbistanından xam neftinin alışını artırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik qeyd edir ki, “Saudi Aramco” şirkəti Asiya neft emalı zavodlarına neft qiymətlərini endirib. Şirkət bu addımı bazarda payını artırmaq və ABŞ sanksiyaları səbəbindən Rusiya xam neftinin tədarükünün azaldılmasından faydalanmaq üçün atıb.

“Reuters” yazır ki, Rusiya neftinin əsas alıcıları olan Çin və Hindistan alternativ tədarük mənbələri axtarırlar. Analitiklərin fikrincə, Çinin Rusiyadan dəniz yolu ilə neft idxalı noyabrda təqribən 926 min barelə qədər azalacaq.

Eyni zamanda Çinin Səudiyyə Ərəbistanından xam neft idxalının oktyabrda gündəlik 1,20 milyon bareldən noyabrda 1,78 milyon barelə yüksələcəyi gözlənilir.

Xatirə SADİQ