Rusiya bu ölkənin diplomatını persona non-qrata elan etdibackend

Rusiya bu ölkənin diplomatını persona non-qrata elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sloveniyanın Moskvadakı səfirliyinin əməkdaşı Rusiyada “persona non-qrata elan edilib”. Bu qərar Sloveniyanın hərəkətlərinə cavab olaraq qəbul edib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Qarşılıqlılıq prinsipi nəzərə alınaraq, səfirə Sloveniyanın Moskvadakı səfirliyinin bir əməkdaşının “persona non-qrata” elan edilməsi notası təqdim edilib”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, martın 21-də Sloveniya Rusiya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etmişdi.