Rusiya Çinin münaqişəyə müdaxiləsini real hesab edirbackend

Rusiya Çinin münaqişəyə müdaxiləsini real hesab edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Çinin Ukrayna münaqişəsinin nizamlanması təşəbbüsünü Ukrayna prezidenti Volodimir Zelenskinin “sülh formulu”ndan daha real hesab edir”.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üz herə ikinci departamentinin rəhbəri Aleksey Polişuk belə deyib.

Onun sözlərinə görə, Moskva çinli həmkarlarının Ukrayna böhranı ilə bağlı mövqeyini yüksək qiymətləndirir. “Zelenski formulu”ndan fərqli olaraq, Pekinin Çin müdrikliyinə və ümumidən konkretə dialektik yanaşmaya əsaslanan təşəbbüsü daha realdır.

Polişçuk əlavə edib ki, Pekin Ukrayna böhranının əsas səbəblərini anlayır. Onun yaranmasında və eskalasiyasında Qərbin dağıdıcı rolundan xəbərdardır.

Qeyd edək ki, 2023-cü ilin fevralında Çin Xarici İşlər Nazirliyi Ukrayna böhranının siyasi həlli ilə bağlı mövqeyini əks etdirən sənəd dərc edib.