Rusiya ələ keçirdiyi ərazilərə KTMT sülhməramlılarını yerləşdirəcək?backend

Rusiya ələ keçirdiyi ərazilərə KTMT sülhməramlılarını yerləşdirəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür Ukraynanın Rusiyanın nəzarətində olan ərazilərinə, eləcə də Donetsk və Luqanska sülhməramlıların yerləşdirilməsi ilə bağlı fikirlər səsləndirilir.

Elə ötən gün də Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov KTMT sülhməramlılarının oraya yerləşdirilmə ehtimalının mümkün olduğunu deyib. Bir qism isə, bəzi NATO ölkələrinin sülhməramlılarının oraya daxil olmağa çalışacağını bildirir.

Maraqlıdır, sözügedən ərazilərdə KTMT və ya NATO sülhməramlıları yerləşdirilə bilərmi?

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı deyib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan (24 fevraldan) bəri Putin KTMT-ni savaşa daxil etmək istəyir:

“Konkret olaraq Qazaxıstan bunun əleyhinədir. KTMT üzvlərinin bir çoxu – Tacikistan, Ermənistan belə bu müharibəyə daxil olmaq istəmirlər. Əsas da Rusiya buraya Qazaxıstanın müdaxilə etməsini arzulayır. Hazırda bəyanatlar verilir, Rusiya tərəfi hər gün, işğal etdikləri bölgələri özlərinə birləşdirmək istiqamətində də referendum keçiriləcəyini bildirirlər. Düşünmürəm ki, KTM üzvləri dünyanın Rusiyaya qarşı olan sanksiyaları məngənəsində oraya sülhməramlıların göndərilməsinə razı olsunlar”.

Müsahib bildirib ki, bu, inandırıcı görünmür:

“Ona görə də yaxın günlərdə və bundan sonrakı proseslərdə KTMT sülhməramlı missiyasının orada olacağını düşünmürəm. 24 fevraldan bu günə kimi təşkilata üzv ölkələr müharibəyə də dəstək vermirlər. Bəzi iddialar var ki, ermənilərin savaşda iştirakından söz gedir. Bəli, Gümrü bazasında olan erməni əsirləri, Rusiya Federasiyasının vətəndaşları müharibədə iştirak edirlər. Amma ümumi olaraq KTMT liderləri bu müharibədə aktiv iştirakın əleyhinədirlər. İnanmıram ki, hər hansısa təşkilat üzvünün risk edib sülhməramlı adı altında orada fəaliyyətə hazır olsun. Çünki bütün dünya dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq edir və orada olacaq KTMT üzvlərinə yönəlik də sanksiyalar qoyulur. Qazaxıstan belə gözlənilmədən Ukraynaya müəyyən hərbi ləvazimatların verilməsinə dəstək olub. Tacikistanın özündə bu dəqiqə bəzi problemlər var. Bu baxımdan, sözügedən hadisənin olacağını fikirləşmirəm. Eyni zamanda bu məsələ NATO sülhməramlılarına da aiddir”.