Rusiya Ermənistanı və Azərbaycanı danışıqlar masasına oturmağa çağırır – Rusiya XİN Rəsmisibackend

Rusiya Ermənistanı və Azərbaycanı danışıqlar masasına oturmağa çağırır – Rusiya XİN Rəsmisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 30-da Azərbaycanla Ermənistan sərhəddində, erməni hərbiçiləri tərəfindən dinc əhaliyə qarşı baş verən silahlı atışma ilə bağlı Rusiya tərəfi səssiz qalmayıb. Belə ki, Rusiya Ermənistanı və Azərbaycanı güc tətbiqini dayandırmağa çağırıb.

NOCOMMENT.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Zaxarova həmçinin qeyd edib ki, gələn məlumatlara görə, sərhəddə atəşkəs pozuntuları davam edir. Mülki obyektlər, o cümlədən nəqliyyat vasitələri bombalanır, dinc əhali arasında xəsarət alanlar var.

“Tərəfləri təmkinli olmağa, güc tətbiq etməkdən çəkinməyə çağırırıq. Obyektiv şərtlər yarandıqdan sonra yenidən danışıqlar masasına oturun” deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.