Rusiya firmasının çox danışılan təklifinə Kremldən dəstəkbackend

Rusiya firmasının çox danışılan təklifinə Kremldən dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml Rusiya şirkətinin Ukraynaya göndərilən tankları məhv edən əsgərlərə pul mükafatı vermək təklifini dəstəkləyib.

NOCOMMENT.az xəbər verir ki, sözügedən təklif Qərbdə böyük əks-səda doğursa da, Belarus hakimiyyəti Rusiyanın “İsgəndər” raketlərinin təlimlərin başa çatması ilə artıq xidmətə başladığını açıqlayıb.

Kreml ABŞ və Almaniyanın Ukraynaya tank göndərmə qərarını “münaqişədə birbaşa iştirak” kimi qiymətləndirərkən, dünən bir rus firması çox təəccüblü təklif irəli sürüb.

Rusiyanın kimya istehsalçısı Fores Almaniya və ABŞ-ın Ukraynaya göndərdiyi M1 “Abrams” və “Leopard” 2 tanklarını məhv edən rus əsgərlərinə mükafat verilməsini təklif edib. Şirkət tankları vuran və ya ələ keçirən rus əsgərlərini birinci tanka görə 5 milyon rubl (təxminən 72 min dollar) və sonrakı hər tanka görə 500 min rubl pul mükafatı ilə mükafatlandıracağını açıqladı.

Əsgərlər həmçinin Ukraynanın F-15 və F-16 döyüş təyyarələrini məhv etdikləri üçün 15 milyon rubl mükafat alacaqlar.