Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Xersondakı uşaq xəstəxanasına endirdiyi hava zərbəsindən sonra təcavüzkar ölkəni “dünyanın ən iri terror təşkilatı” adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Zelenski öz Telegram kanalında yazıb.
“Bu, məhz uşaqlara, tibb personalına və cəmiyyətdə həyatın əsas təminatlarına qarşı Rusiyanın şüurlu zərbəsidir. Xəstəxanaya xeyli ziyan dəyib və təəssüf ki, personal və müalicə alan uşaqlar arasında itkilər var. Yaralanan ən kiçik uşağın səkkiz yaşı var, oğlanın özü, anası və qardaşı da yaralanıb. Zərbə anında yüzə yaxın adam xəstəxanada idi və Rusiya belə obyektlərə hədəf kimi baxmaqdan hətta utanmır”, – deyə Zelenski vurğulayıb.
O, əlavə edib ki, Rusiya indi dünyanın ən böyük terror təşkilatı kimi “nəinki terror müharibəsini uzadır, həm də müharibəni bitirmək üçün heç bir imkanın işləməməsi üçün hər şeyi etməyə çalışır”.






Xatirə SADİQ













