KoronaVirus İnformasiya Portalı
Rusiya hərbi təlimlərlə bağlı Azərbaycana DƏVƏT GÖNDƏRDİbackend

Rusiya hərbi təlimlərlə bağlı Azərbaycana DƏVƏT GÖNDƏRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qafqaz-2020 hərbi təlimlərində iştirak etmək üçün Ermənistan, Belarus, Çin, Myanma, Pakistan, Azərbaycan və İran hərbi heyətlərinə dəvət göndərib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin açıqlama verib.

“Quru qüvvələri qrupunun bir hissəsi olaraq ortaq fəaliyyətlərin həyata keçirilməsi üçün Ermənistan, Belarus, Çin, Myanma və Pakistandan olan hərbi birləşmələr təlimə dəvət edilib. Xəzər hövzəsindəki təlimlərdə iştirak üçün Azərbaycan və İran dəvət edilib”,-deyə Fomin xarici hərbi attaşelər üçün keçirilən brifinqdə bildirib.

Təlimlərin iki mərhələdə aparılacağı elan edilib. Birinci mərhələdə hərbi komandanlıq və nəzarət orqanları şərti hərbi-siyasi vəziyyətdə döyüş əməliyyatları planlaşdıracaq. İkinci mərhələ üçün isə çoxmillətli qüvvələr qrupunun birgə döyüş əməliyyatları planlaşdırılır.

Təlimlər 21-26 sentyabr tarixlərində baş tutacaq. / Hit.az