Rusiya Hindistanla birgə silah istehsal edəcəkbackend

Rusiya Hindistanla birgə silah istehsal edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Hindistanın XİN başçısı Subramaniam Caişankar ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər birgə silah istehsalını və ticarət əməkdaşlığını müzakirə ediblər.

Lavrov hindistanlı nazirə Ukraynadakı hərbi əməliyyatların gedişi barədə məlumat verib.

Rusiya XİN rəhbəri bildirib ki, yanvar-sentyabr aylarında ölkələr arasında ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 130% artıb. Onun sözlərinə görə, yaxın gələcəkdə iki ölkə arasında ticarət dövriyyəsi 17 milyard dollardan 30 milyard dollara yüksələcək.
modern