Rusiya hipersəs raketi ilə təlimlər keçirirbackend

Rusiya hipersəs raketi ilə təlimlər keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Atlantik okeanında hipersəsli “Tsirkon” raketi ilə təlim keçirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd edilib: “Atlantik okeanının qərb hissəsində fəaliyyət göstərən Sovet İttifaqı Donanmasından Admiral Qorşkov freqatı hipersəsli “Tsirkon” raketindən istifadə edərək 900 kilometr uzaqlıqdakı dəniz hədəfinə qarşı saxta hücum təşkil edib”

Açıqlamada gəmi heyətinin təlim çərçivəsində yüksək səviyyədə koordinasiya təmin etdiyi bildirilib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi 2021-ci ildə “Tsirkon”un ilk dəfə gəmidən sınaqdan keçirildiyini bildirib.

Daha sonra  2022-ci ildə Rusiya ordusu Barents dənizində hipersəsli “Tsirkon” raketini sınaqdan keçirib.