Rusiya ilə Ermənistan arasında problem var – Peskovbackend

Rusiya ilə Ermənistan arasında problem var – Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya ilə Ermənistan arasında münasibətlərdə müəyyən problemli mövzular var. Lakin Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aparılan danışıqların mürəkkəbliyini şişirtmək olmaz”.

NOCOMMENT.az xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov belə deyib. Bildirib ki, iki ölkə arasında qarşılıqlı əlaqə nə qədər dürüst olarsa, münasibətlər kompleksi bir o qədər geniş olar.

“Müxtəlif problemlər yarananda biz bir o qədər tez-tez görüşürük” – deyə, Peskov qeyd edib.