Rusiya ilə Fransa arasında bu sahədəki diplomatik əlaqələr kəsilibbackend

Rusiya ilə Fransa arasında bu sahədəki diplomatik əlaqələr kəsilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Rusiya ilə Fransa arasında terrorizmlə mübarizə sahəsində diplomatik əlaqələr kəsilib”.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov deyib.

Rusiya səfiri qeyd edib ki, əvvəllər ölkələr arasında terrorla mübarizədə səmərəli əməkdaşlıq olub, lakin Paris bu əməkdaşlığı dayandırıb. Fransa təhlükəsizlik məsələlərində Parisdəki bütün xarici səfirliklərlə xüsusi əməkdaşlıq sistemi yaradıb. Lakin Rusiya səfirliyi bu təşəbbüslə bağlı nə dəvət olunub, nə də məlumatlandırılıb.

Meşkovun sözlərinə görə, Rusiya diplomatlarına hələ də Olimpiya Oyunları zamanı şəhərdə hərəkət etmək üçün vəsiqə verilməyib. Bu da onların işində çətinliklər yaradır.