Rusiya ilə Ukrayna arasında son 24 saatda 29 toqquşma olubbackend

Rusiya ilə Ukrayna arasında son 24 saatda 29 toqquşma olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Baş Qərargahı bütün Luqansk və Donetsk vilayətlərini ələ keçirməyə çalışan Rusiya ordusu ilə son 24 saat ərzində 29 toqquşma baş verdiyini bildirib.

NOCOMMENT xəbər verir ki, Rəyasət Heyətinin sosial media hesabından edilən açıqlamada rusların ötən gecə Ukrayna ərazisinə hava hücumu təşkil etdiyi bildirilib.

Açıqlamaya görə, Rusiya ordusu hücumlarda qanadlı raketlərdən və İranın “Şəhad” pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib, “Müdafiə qüvvələrimiz 6 qanadlı raketdən 4-ü, 8 İHA-dan 6-nı məhv edib”.

Açıqlamada rusların son 24 saat ərzində 14 raket və 40 hava hücumu təşkil etdiyi, Rusiya qüvvələrinin çoxsaylı reaktiv yaylım atəşi sistemləri ilə Ukrayna hərbçilərinin mövqe və yaşayış məntəqələrini 51 dəfə atəşə tutduğu qeyd edilib.

Açıqlamada həmçinin Ukrayna Hərbi Hava Qüvvələrinin rus əsgərlərinin cəmləşdiyi bölgələri 15 dəfə bombaladığı, rusların 6 kəşfiyyatçı PUA-nı məhv etdiyi, raket sistemi və 4 elektron döyüş stansiyasını vurduğu iddia edilib.