Rusiya kanalında “Qazançı” erməni kilsəsi kimi təqdim olundu – “Artsaxdan Qarabağa” filmindəbackend

Rusiya kanalında “Qazançı” erməni kilsəsi kimi təqdim olundu  – “Artsaxdan Qarabağa” filmində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın RBK telekanalında “Artsax-dan Qarabağa” adlı veriliş hazırlanıb.

NOCOMMENT.az xəbər verir ki, Artyom Potyominin müəllifi olduğu verilişdə Qubadlıda, Şuşada, eləcə də İrəvanda çəkilişlər aparılıb.

Verilişdə münaqişənin tarixindən qısaca bəhs olunub. Dağıdılmış ərazilərimiz nümayiş olunub.

İşğaldan azad edildikdən sonra Şuşada yaradılan infrastrukturdan danışılıb, “Qazançı” kilsəsində aparılan təmir işlərindən bəhs olunub. Təəssüf ki, “Qazançı” kilsəsi erməni kilsəsi kimi təqdim olunub. Eləcə də əlavə olunub ki, Azərbaycanlı ekspertlər onu rus kilsəsi hesab edir.

Filmdə erməni tərəfinin mövqeyini vermək və İrəvanda sorğu keçirmək də yaddan çıxmayıb.

“Düşmənlə bir yerdə yaşamağın” təhlükəli olduğunu deyən ermənilər rus sülhməramlıların rolundan da danışıblar./Bizim.Media