Rusiya miqrantlar üçün yeni dövlət rüsumları tətbiq edibbackend

Rusiya miqrantlar üçün yeni dövlət rüsumları tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 1-dən etibarən Rusiya miqrasiya axınlarının artması səbəbindən miqrantlar üçün yeni dövlət rüsumları tətbiq edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

Məlumata görə, Prezident Vladimir Putin tərəfindən imzalanan qanuna əsasən sentyabrın 1-dən miqrantların yaşayış yerində qeydiyyata alınması üçün 500 rubl, müvəqqəti qalma müddətinin uzadılması üçün 1000 rubl rüsum tətbiq edilib. Xarici vətəndaşların yaşayış yerində qeydiyyat rüsumu isə 420 rubldan 1000 rubla qaldırılıb.

Qeyd olunur ki, bu tədbirlər dövlət büdcəsinə 17 milyard rubl vəsait gətirməklə yanaşı, miqrantlara nəzarəti gücləndirəcək və qeyri-qanuni miqrasiyanın risklərini azaltmağa kömək edəcək.