Rusiya Qarabağa növbəti humanitar yardım göndəribbackend

Rusiya Qarabağa növbəti humanitar yardım göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Fövqəladə Hallar Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə humanitar yardımdan ibarət növbəti yük göndərib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, unu nazirliyin əməkdaşı Yevgeni Qorelov yükü yola salmazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, “yerli hakimiyyətin” istəyi əsasında FHN-in əməliyyat qrupu vacib tikinti materiallarının siyahısını hazırlayıb. Y.Qorelov deyib ki, bu tikinti materialları yaşayış binaları və əhəmiyyətli sosial obyektlərin bərpası üçün nəzərdə tutulub.

O bildirib ki, 50 tondan artıq yükü 6 yük avtomobili daşıyacaq, 2 avtomobil isə müşayiət edəcək. Yük fevralın 24-də Xankəndiyə çatacaq.

FHN zabitinin sözlərinə görə, atəşkəs elan olunandan sonra Rusiya Qarabağa 200 tondan artıq humanitar yardım göndərib. Yük dəmiryolu ilə Azərbaycana və Ermənistana, oradan isə Xankəndiyə daşınır.