Polşanın növbətçi MiQ-29 qırıcıları oktyabrın 28-də Baltik dənizi üzərində Rusiyanın İl-20 təyyarəsini ələ keçirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.
“Polşa qırıcıları beynəlxalq hava məkanında söndürülmüş transponderlə uçuş planı təqdim etmədən kəşfiyyat missiyasını yerinə yetirən Rusiyanın İl-20 təyyarəsini ələ keçirib. Təyyarə Polşanın hava məkanını pozmayıb. Yüksək döyüş hazırlığı, pilotların peşəkarlığı, hava hücumundan müdafiə sisteminin koordinasiyalı əməliyyatı sayəsində çevik, səmərəli və təhlükəsiz şəkildə əməliyyat həyata keçirilib”, – deyə məlumatda bioldirilib.
Polşa Silahlı Qüvvələri bəyan edib ki, istənilən təhlükəyə cavab verməyə və ölkənin hava məkanının suverenliyini qorumağa daim hazırdır.
Xatirə SADİQ












