Rusiya quru sərhədini AÇDIbackend

Rusiya quru sərhədini AÇDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya bu gündən etibarən koronavirusla əlaqədar quru sərhədilə bağlı tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustinin müvafiq sərəncamı Rusiya hökumətinin rəsmi hüquqi informasiya portalında dərc olunub.

Koronavirusun yayılması ilə əlaqədar olaraq Rusiya 2020-ci ilin mart ayından xüsusi tədbirlər tətbiq edilib. Ölkənin bu məhdudiyyətləri aradan qaldıracağı faktı iyulun 4-də koronavirusla mübarizə üzrə operativ qərargah tərəfindən açıqlanıb.

Bundan əvvəl Rusiya hakimiyyəti bir sıra digər yumşalmaları da təsdiqləyib: epidemik vəziyyətin yaxşılaşması ilə əlaqədar iyunun 14-dən etibarən xarici vətəndaşların ölkəyə hava və dəniz keçid məntəqələri vasitəsilə girişinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

Rospotrebnadzorun qərarı ilə Belarus vətəndaşlarından iyulun 14-dən Rusiya Federasiyasına daxil olarkən COVID-19 üçün PCR testi tələb olunmayacaq. Amma digər xarici vətəndaşlar üçün tələblər hələ də qalır.

Uçuşların bərpa olunduğu ilk ölkələr Türkiyə, Tanzaniya və Böyük Britaniya olub. Daha sonra isə Rusiya 78-dən çox ölkə ilə uçuşları bərpa edib.
Publika.az