Rusiya səfirliyinin qarşısına müharibə zamanı məhv edilmiş rus tankı qoyuldubackend

Rusiya səfirliyinin qarşısına müharibə zamanı məhv edilmiş rus tankı qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsinin birinci ildönümündə  Almaniyanın Berlindəki Rusiya səfirliyi qarşısına Ukraynadakı müharibədə məhv edilən rus tankı yerləşdirilib.

NOCOMMENT.az xəbər verir ki, “Berlin Story” Bunker Muzeyi Ukraynadakı müharibəyə etiraz etmək və müharibənin vəhşiliyini göstərmək üçün müharibənin əvvəlində məhv edilmiş rus tankını Berlinə gətirdi.

Belə ki, Ukraynanın paytaxtı Kiyev yaxınlığında minanın üstündən keçərək məhv edilən T-72 tipli tank Rusiyanın Berlindəki səfirliyinin qarşısındakı qoşquya yerləşdirilib.

Muzeydən verilən açıqlamaya görə tankı səfirliyin qarşısına gətirməklə müharibənin vəhşiliyini və dəhşətini göstərmək istədiklərini bildiriblər.

NOCOMMENT.AZ