Müdafiə Naziri Con Healey bildirib ki, Böyük Britaniya Şotlandiya sahillərində sualtı infrastruktur haqqında məlumat toplayan Rusiya casus gəmisini yaxından izləyir.
NOCOMMENT.az xəbər verir ki, Rusiyanın “Yantar” casus gəmisi Şotlandiyanın şimalındakı Britaniya sularının kənarındadır.
“Bu, kəşfiyyat məlumatları toplamaq və sualtı kabellərimizin xəritəsini çıxarmaq üçün hazırlanmış bir gəmidir. Bu gəminin hər hərəkətini izləmək üçün Kral Dəniz Qüvvələrinin freqatı və Kral Hava Qüvvələrinin təyyarəsini yerləşdirmişik. Bu hərəkətlər zamanı “Yantar” pilotlarımıza lazer tuşlayıb. Rusiyanın bu hərəkətləri son dərəcə təhlükəlidir. Buna görə də Rusiyaya və Putinə mesajım budur: sizi görürük, nə etdiyinizi bilirik və əgər “Yantar” cənuba doğru hərəkət edərsə, biz onu vurma ğahazırıq”, – nazir bildirib.












