“Rusiya təminat verməyə hazırdır” – Lavrovbackend

“Rusiya təminat verməyə hazırdır” – Lavrov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın NATO və ya Avropa İttifaqı (Aİ) ölkələrinə hücum etmək niyyəti olmayıb və yoxdur”.

NOCOMMENT.az Regnum agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 28-də Minskdə Avrasiya Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda çıxışı zamanı deyib.

Lavrov qeyd edib ki, ölkəsi Avrasiyanın qərb hissəsi üçün gələcək təhlükəsizlik zəmanətlərində bu mövqeyini möhkəmləndirməyə hazırdır.

“Aİ liderləri bu gələcək təminatların əsl kollektiv müzakirəsindən yayınır və fəxrlə bəyan edirlər ki, Ukrayna böhranından sonra Rusiya ilə deyil, Rusiyaya qarşı təhlükəsizlik təminatları olmalıdır. Belə təfəkkür nümunəsidir”, – nazir bildirib.

Lavrov iddia edib ki, Aİ liderləri Rusiyanın təklif etdiyi variantlara məhəl qoymamaqda davam edir, üstəlik, NATO ölkələri ABŞ-ni Ukrayna münaqişəsinin həlli istiqamətindəki səylərindən əl çəkməyə inandırmağa çalışır.

Nazir xatırladıb ki, Moskva hələ də ABŞ prezidenti Donald Trampın Alyaska görüşü vasitəsilə Ukraynada sülhün əldə edilməsinə sadiq qalacağına ümid edir .