Rusiya Ukrayna ilə olan bu müqaviləni ləğv etdibackend

Rusiya Ukrayna ilə olan bu müqaviləni ləğv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin ölkəsi ilə Ukrayna arasında Azov dənizi və Kerç boğazından istifadəyə dair sazişi ləğv edən qanunu imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, Putinin imzaladığı Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan qanuna əsasən, Rusiya ilə Ukrayna arasında Azov dənizi və Kerç boğazından istifadəyə dair əməkdaşlıq sazişinə xitam verilib.

Sözügedən qanun Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması tərəfindən iyunun 1-də, Federasiya Şurası isə iyunun 7-də qəbul edilib.

Qeyd edək ki, 24 dekabr 2003-cü ildə Kerçdə Azov dənizi və Kerç boğazından istifadəyə dair Rusiya və Ukrayna arasında əməkdaşlıq sazişi imzalanıb.

NOCOMMENT.AZ