Rusiya hava hücumundan müdafiə sistemi Belqorod vilayəti üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını vurub.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.
“Şəhərə yaxınlaşarkən PUA vuruldu”,- deyə o yazıb.
Rayon rəhbərinin sözlərinə görə, Belqorod vilayətində növbətçi hava hücumundan müdafiə sistemi işə salınıb. Hazırda operativ xidmətlər pilotsuz uçuş aparatının (PUA) yerdə məhv edilməsinin nəticələri ilə bağlı məlumatları dəqiqləşdirir.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.