Rusiya Wall Street Journal-ın müxbiri Gerşkoviçin həbs müddətini uzatdıbackend

Rusiya Wall Street Journal-ın müxbiri Gerşkoviçin həbs müddətini uzatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya “casusluq”da ittiham etdiyi “Wall Street Journal”ın (WSJ) müxbiri Evan Qerşkoviçin həbs müddətini noyabrın 30-dək uzadıb.

NOCOMMENT.az xəbər verir ki, TASS-ın məlumatına görə həbs müddəti avqustun 30-da başa çatacaq Qerşkoviç bu gün Moskvada hakim qarşısına çıxıb.

Qapalı keçirilən iclasdan sonra məhkəmə Qerşkoviçin həbs müddətinin noyabrın 30-dək uzadılmasına qərar verib.

“Məhkəmə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşının Gerşkoviçin həbs müddətinin uzadılması ilə bağlı müraciətini müsbət qarşılayıb” deyə mənbə TASS-a bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden və bəzi yüksək vəzifəli şəxslər amerikalı jurnalistin dərhal azad edilməsi ilə bağlı çağırış ediblər.

NOCOMMENT.AZ