Rusiyanın hücumları Ukraynanın enerji sistemini MƏHV EDİBbackend

Rusiyanın hücumları Ukraynanın enerji sistemini MƏHV EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın hücumları nəticəsində Ukraynanın enerji infrastrukturunun yarısı zədələnib.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Forin Polisi” nəşrinə müsahibəsində deyib. O, bunun əsas səbəblərindən biri kimi “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükünün gecikdirilməsini göstərib.

Nazirin fikrincə, enerji sektorunda oxşar vəziyyət başqa ölkədə yaransaydı, hər şey bundan da pis ola bilərdi:

“Rusiyanın ballistik raketləri bu müharibənin əsl faciəsidir. Son zamanlar onlardan əsasən bizim enerji sistemimizi məhv etmək üçün istifadə olunur”.