Rusiya: Xarkovda sərfəli mövqeləri ələ keçirdikbackend

Rusiya: Xarkovda sərfəli mövqeləri ələ keçirdik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbi birləşmələri Ukraynanın Xarkov vilayətində Kupyansk istiqamətində əlverişli mövqelər tutub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov açıqlama verib.

Rusiya Silahlı Qüvvələrinin hücumlarını davam etdirdiyini deyən Konaşenkov, “Kupyansk istiqamətində “Qərb” hərbi hissə qrupunun hücum dəstələri geniş ərazilərdə hücum əməliyyatları zamanı Xarkov vilayətinin Olşana qəsəbəsi yaxınlığında daha əlverişli mövqelər tutmuşuq”, – ifadəsini işlədib.

Konaşenkov bildirib ki, indiyə qədər Ukrayna ordusuna məxsus 458 təyyarə, 245 helikopter, 5565 pilotsuz uçuş aparatı, 428 hava hücumundan müdafiə raket sistemi, 11185 tank və zirehli texnika, 1144 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 5803 haubitsa və minaatan, 12137 ədəd hərbi texnikanı məhv edilib.