Rusiya Yapon dənizində raket atdıbackend

Rusiya Yapon dənizində raket atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Volxov” dizel-elektrik sualtı qayığı Yapon dənizində “Kalibr” raketinin təlim buraxılışını həyata keçirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Rusiya Sakit Okean Donanmasının informasiya təminatı şöbəsinə istinadən məlumat yayıb.

Donanmanın mətbuat xidmətindən verilən açıqlamada suyun altından atılan raketin Rusiyanın şərqindəki Xabarovsk bölgəsində min kilometr uzaqlıqdakı “Syurkum” taktiki meydançasında təyin olunmuş hədəfi (düşmənin uydurma dəniz hədəfinə) müvəffəqiyyətlə vurduğu qeyd edilib.

Açıqlamada, təlimə ölkənin Rusiya Sakit Okean Donanmasına aid gəmi, döyüş təyyarələri və pilotsuz uçuş aparatlarının da qatıldığı bildirilib.