Şimali Koreya ballistik raket buraxıbbackend

Şimali Koreya ballistik raket buraxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

NHK telekanalının Yaponiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, raket Yaponiya dövlətinin “eksklüziv iqtisadi zonasından kənara düşüb”.

Mayın 27-də KXDR Kosmik İdarəsi kəşfiyyat peykinin uğursuz orbitə buraxıldığını elan edib. İlk mərhələni əhatə edən uçuş fazası zamanı reaktiv daşıyıcı raket havada partlayıb. Mulligyong-1 kəşfiyyat peyki Sohae kosmodromundan buraxılıb.

Bundan əvvəl Şimali Koreya Yaponiyaya mayın 27-dən iyunun 4-dək peyk buraxmaq niyyəti barədə məlumat vermişdi. Peyklə birlikdə buraxılış aparatının uçuş yolu Şərqi Çin dənizi və Filippinin Luzon adasının üzərindən keçməli idi.