Rusiyada 630 minə yaxın qanunsuz miqrant varbackend

Rusiyada 630 minə yaxın qanunsuz miqrant var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi hazırda Rusiyada 630 minə yaxın qanunsuz miqrantın olduğunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Məlumatlar Rusiya baş nazirinin müavini Tatyana Qolikovanın sədrliyi ilə miqrasiya siyasəti üzrə hökumət komissiyasının iclasında təqdim olunub.

“Hazırda Rusiyada qeyri-qanuni vəziyyətdə olan 630 minə yaxın miqrant var – onlar bu statusu əsasən qalma rejiminin pozulması, iki və ya daha çox inzibati xəta və ya qeyri-qanuni əmək fəaliyyəti səbəbindən alıblar”, – “Kommersant” daxili işlər nazirinin müavini Aleksandr Qorovoydan sitat gətirib.

Qeyri-qanuni miqrantların əksəriyyətinin Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşları olduğu aydınlaşdırılır.