Rusiyada helikopter qəzaya uğrayıbbackend

Rusiyada helikopter qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Bryansk vilayətində “Su-34” tipli döyüş təyyarəsi və “Mi-8” tipli helikopterin qəzaya uğradığı bildirilib.

NOCOMMENT xəbər verir ki, Rusiyanın TASS xəbər agentliyi yerli fövqəladə hallar xidmətinin rəsmilərinə əsaslanan xəbərdə Bryansk vilayətində “Mi-8” tipli helikopterin qəzaya uğraması nəticəsində 2 nəfərin öldüyü bildirilib.

Helikopterin mühərrikin alışması nəticəsində qəzaya uğradığı iddia edilib.

Bundan əlavə, eyni bölgədə Ukrayna sərhədi yaxınlığında Su-34 qırıcısı qəzaya uğrayıb və göyərtəsində olanların taleyi açıqlanmayıb.