Rusiyada Rövşən Əsgərova qarşı cinayət işi açılıbbackend

Rusiyada Rövşən Əsgərova qarşı cinayət işi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının İstintaq Komitəsi məşhur “Nə? Harada? Nə zaman?” oyununun bilicisi Rövşən Əsgərova qarşı nasizmin reabilitasiyası maddəsi üzrə cinayət işi açıb.

NOCOMMENT xəbər verir ki, hüquq-mühafizə orqanları iddia edirlər ki, Rövşən Əsgərov aprel ayının əvvəlində öz sosial şəbəkə hesabında Sovet İttifaqının marşalı Georgi Jukovun şəxsiyyətini gözdən salan bəzi məlumatlar yerləşdirib.

“İstintaq Komitəsi bu kimi fəaliyyətlərlə iştirak edən şəxslərin statusundan və sosial vəziyyətindən asılı olmayaraq, ölkənin müdafiəsində iştirak edən şəxslərin xatirəsini ləkələmək və ya alçaltmaq cəhdlərinə qarşı həmişə prinsipial və sərt reaksiya verəcək”, – deyə Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatında vurğulanır.