Rusiyadan alman diplomatları ölkədən çıxarmaq QƏRARIbackend

Rusiyadan alman diplomatları ölkədən çıxarmaq QƏRARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın 30 rus diplomatını ölkədən çıxarmasına eyni cür cavab vermək qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama verib.

“Rusiya Almaniyanın düşmənçilik hərəkətlərinə cavab olaraq alman diplomatlarını Rusiyadan qovmaq və Almaniyanın ölkəmizdəki diplomatik nümayəndəliklərinin işçilərinin maksimum sayını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq üçün qərar qəbul edib.

Qərar 2023-cü il aprelin 5-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Almaniyanın Moskvadakı səfiri Q.von Qeyrə məruzə edilib” deyə açıqlamada qeyd olunub.

“Biz Berlinin Rusiya-Almaniya münasibətlərinin bütün strukturunu, o cümlədən diplomatik ölçüsünü cəsarətlə məhv etməyə davam edən bu hərəkətlərini qətiyyətlə pisləyirik” Rusiya XİN bildirib.

NOCOMMENT.AZ