Rusiyadan ermənilərə ETİRAZ: Njde rus xalqının soyqırımında iştirak edibbackend

Rusiyadan ermənilərə ETİRAZ: Njde rus xalqının soyqırımında iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Regnum” informasiya agentıliyinin baş redaktoru, jurnalist Modest Kolerov Ermənistanı tənqid edib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, həmişə ermənipərəst mövqeyi ilə tanınan Kolerov Azərbaycanın Xocavənd şəhərində erməni faşistlərinin lideri, Rusiyaya və Azərbaycana qarşı vuruşmuş hərbi cinayətkar Qaregin Njdenin büstünün olmasına etiraz edib.

“Qaregin Njdenin bayrağı altında Ermənistanın və Qarabağ ermənilərinin heç bir perspektivi yoxdur. Çünki Njde rusofobiya simvoludur və rus xalqına qarşı soyqırımında iştirak edib. Ermənistanda da, Qarabağda da bunu yaxşı bilirlər. Ona görə də Rusiya ilə münasibətlərdəki yalan üzdədir”, – deyə Kolerov etirazını bildirib.