Ermənipərəst Kolerov işdən bu cür qovuldubackend

Ermənipərəst Kolerov işdən bu cür qovuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənipərəst jurnalist Modest Kolerov təsisçinin qərarı ilə “Reqnum” informasiya agentliyinin baş redaktoru vəzifəsindən azad edilib.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu barədə jurnalist “RİA Novosti”yə açıqlamasında deyib.

“İşdən çıxmağımla bağlı təsisçinin qərarının surətini almışam. Artıq bu vəzifəyə REN TV-də işləyən Qriqoryev soyadlı şəxs təyin olunub”, – deyə o bildirib.

Kolerov vurğulayıb ki, yeni rəhbərlikdən heç kim onunla əlaqə saxlamayıb və ona heç nə barədə məlumat verməyib: “Bu, onların düşmənçiliyindən xəbər verir”.

Qeyd edək ki, ötən axşam “Reqnum” agentliyinin bağlanması ilə bağlı məlumat yayılıb.