Rusiyadan gələn İT mütəxəssislər Atletlər Kəndində yerləşdirilibbackend

Rusiyadan gələn İT mütəxəssislər Atletlər Kəndində yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadan 300-dən çox İT mütəxəssisi Azərbaycana dəvət olunub.

NOCOMMENT xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini İnarə Vəliyeva ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna hadisələri başlayandan ölkəyə rusiyalı İT mütəxəssislər cəlb edilib: “Onlar Azərbaycanda aktiv fəaliyyətə başlayıblar. Hazırda Atletlər Kəndinin ərazisində şərait yaradılıb, oradakı evlər Rusiyadan gələn İT mütəxəssislər üçün istifadə olunur”.

Agentliyin sədr müavini bildirib ki, 5 Rusiya şirkəti ilə danışıqlar aparılır və artıq onların 45 əməkdaşı Azərbaycana köçüb: “Bu şirkətdən biri rəsmi olaraq ölkədə nümayəndəlik açmaq niyyətindədir”.