Rusiyadan iddia: Britaniya raketləri ilə vurdular!backend

Rusiyadan iddia: Britaniya raketləri ilə vurdular!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsində strateji əhəmiyyət kəsb edən Baxmut şəhərində şiddətli toqquşmalar davam edir.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov rus qoşunlarının şəhərin şimalında irəliləyərək bir məhəlləni ələ keçirdiyini açıqlayıb.

İqor Konaşenkov Ukrayna təyyarələrinin Böyük Britaniya tərəfindən göndərilən “Storm Shadow” uzaqmənzilli qanadlı raketləri ilə Ukraynanın şərqində, Rusiyanın nəzarətində olan Luqansk şəhərində iki sənaye zonasını vurduğunu bildirib.

“Hücum qoşunları Baxmut şəhərinin şimal-qərb istiqamətində bir məhəlləni azad ediblər. Hava-desant bölmələri, cənub qoşunları Donetskin Qriqorovka, Krasnoye və Çasov Yar yaşayış məntəqələrində Ukrayna Silahlı Qüvvələrini darmadağın edib. Ötən gün hava qüvvələri bu bölgədə 9 döyüş uçuşu həyata keçirib. Artilleriya bölmələri 98 atış missiyasını yerinə yetirib” deyə Konaşenkov qeyd edib.

NOCOMMENT.AZ