Rusiyadan nüvə MESAJIbackend

Rusiyadan nüvə MESAJI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sergey Şoyqu Rusiya Müdafiə Nazirliyinin rəsmiləri ilə keçirdiyi görüşdə 2023-cü illə bağlı qiymətləndirmələr aparıb.

NOCOMMENT.az xəbər verir ki, Şoyqu bu il üçün əsas məqsədlərinin Rusiya ordusunun döyüş qabiliyyətini artırmaq olduğunu bildirib.

“Ordumuzun Ukrayna və Suriyadakı əməliyyat təcrübəsini daim təhlil edərək kadr hazırlığı proqramları və hərbi texnikanın alınması planlarını tərtib etmək üçün istifadə etməliyik” deyə Şoyqu qeyd edib.

Rusiyanın “nüvə üçlüyü” olaraq təyin etdiyi strateji təyyarələr, qitələrarası ballistik raketlər və sualtı qayıqlardan ibarət potensialını inkişaf etdirməyə davam edəcəyini bildirən Şoyqu deyib:

“Biz “nüvə üçlüyünü” inkişaf etdirməyə və döyüş hazırlığı səviyyəsini saxlamağa davam edəcəyik. Nüvə qalxanı suverenliyimiz və ərazi bütövlüyümüzün əsas təminatçısıdır”.