Rusiyadan Vardanyana şok – İmtina etdilərbackend

Rusiyadan Vardanyana şok – İmtina etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın RBK telekanalı separatçı Ruben Vardanyanla eksklüziv müsahibəni yayımlamaqdan imtina edib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert İqor Korotçenko məlumat verib.

“Doğru qərardır. Rusiyanın Fransa Senatına, separatçılara və onların pul kisələrinə dəstək verəcəyi heç nəyi yoxdur.

RBK telekanalı İlya Doronovun “artsax naziri” Ruben Vardanyanla anons etdiyi eksklüziv müsahibəsini yayımlamaqdan imtina edib”, – deyə ekspert bildirib.

Korotçenko əlavə edib: “Əgər Ermənistan Qarabağ ermənilərini maliyyələşdirməyə davam etmək istəyirsə, o zaman ilk növbədə bu vəsaiti Azərbaycanın büdcəsinə köçürməlidir. Bakı bu pulları Qarabağda necə dəyərləndirəcəyinə qərar verəcək”.