Vladiqafqazda BLIZKEY konsertində kütləvi dava düşüb.
NOCOMMENT.az xəbər verir ki, Shot Telegram kanalı məlumat yayıb.
Müğənni BLİZKEY-in (əsl adı Valeri Mayromyan) “Torne” restoranında keçirilən çıxışı kütləvi dava ilə yekunlaşıb. Təşkilatçılar kiçik rəqs meydançası üçün çoxlu sayda bilet satmışdılar. Bu izdiham və əlbəyaxa dava ilə nəticələnib. Bir neçə yaralı həkimə müraciət edib.
Tədbirdə iştirak edən tamaşaçılar bildiriblər ki, sərxoş olan yeniyetmələr stollarda ləzginka rəqsinə başlayıblar. Təhlükəsizlik qüvvələri müdaxilə etməyib.
Hadisə ilə bağlı polis əməkdaşları araşdırma aparır.
Bundan əvvəl miqrantlar arasında kütləvi davada iştirak edənlərin məsuliyyətə cəlb ediləcəyi bildirilirdi.













