Rusiyanı taxıl müqaviləsinə qaytarmaq üçün əlimizdən gələni etdik – ABŞbackend

Rusiyanı taxıl müqaviləsinə qaytarmaq üçün əlimizdən gələni etdik – ABŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiyanın taxıl sazişinə qayıtması ilə bağlı problemlərin həlli üçün əlindən gələni etdi.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ xarici işlər naziri Antoni Blinken Beynəlxalq Fransız Radiosuna (RFI) müsahibəsində Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmasını və mövcud vəziyyəti dəyərləndirərkən deyib.

ABŞ-ın Rusiyanın razılaşmaya qayıtmaq istədiyi şərtlərlə bağlı danışıqlara hazır olub-olmadığı sualına Blinken, ötən il Türkiyə və BMT-nin təşəbbüsü ilə imzalanan müqavilə çərçivəsində Ukraynadan 30 milyon ton taxıl çıxarıldığını xatırladıb.

Rusiyanın tələbləri ilə bağlı Blinken, “Burada məsələ güzəştdən getmir. Məsələn, Rusiya öz taxılını ixrac etməkdə çətinlik çəkdiyini iddia edir, bu, yalandır. Rusiyanın taxıl ixracı,Ukrayna ilə müharibədən əvvəlki illərin rəqəmlərini üstələyirdi. Üstəlik, Rusiyanın ixrac göstəriciləri rekord həddə çatıb”, – deyə o bildirib.