Rusiyanın İT mütəxəssisləri ölkədən qaçırbackend

Rusiyanın İT mütəxəssisləri ölkədən qaçır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya İT mütəxəssislərinin Avropa ölkələrində yaşamaq icazəsi üçün müraciətlərinin sayı kəskin şəkildə artıb. Bu ilin birinci rübündə onların sayı ötən illə müqayisədə 233% artıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Kommersant” “Garant İn” konsaltinq şirkətinə istinadla məlumat yayıb.

Bildirilib ki, 2023-cü ildə müraciətlərin sayı əvvəlki ilə nisbətən 44% artıb. 2024-cü ilin əvvəlindən bütün müraciətlərin təxminən 80%-i Fransada, 10%-i isə İtaliyada yaşayış icazəsi almaq üçün olub.

“İndi biz yaşayış icazəsi ilə bağlı bütün müraciətlərin təxminən yarısını İT mütəxəssislərindən alırıq”, – “Garant İn”in baş icraçı direktoru Adrey Boyko bildirib.

Onun sözlərinə görə, Fransanın daha populyar olmasına səbəb bu ölkədə yaşayış icazəsi üçün investisiya tələbinin olmamasıdır.