Rusiyanın Vitali Balasanyan planı…backend

Rusiyanın Vitali Balasanyan planı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Azərbaycana daha bir pisliyini etmək üçün yeni siyasi layihəyəyə start verib”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib. O, bildirib ki, Rusiya Robert Köçəryanın yaxın adamı, Xocalı cəlladlarından biri, Azərbaycanlılara ilk gülləni 1988-ci ildə atması ilə fəxr edən, yenidən Qondarma Dağlıq Qarabağ Respublikasının “Təhlükəsizlik Şurasının katibi” vəzifəsini daşıyan Vitali Balasanyanı “Artsax Respublikasına prezident” etmək istəyir.

“Balasanyan hələ hakimiyyətə gəlmədən Azərbaycanı təhdid etməyə başlayıb. Görün, Balasanyan mətbuata nələr danışır: “Bakının Qarabağın Azərbaycan ərazisi olması barədə bəyanatı reallıqdan uzaqdır. Atəşkəsdən sonra Azərbaycan tərəfindən ərazi pozuntuları olub, amma onlar müvəqqəti xarakter daşıyır. Antiterror əməliyyatı həyata keçiriləcək. Bütün pozuntuların qarşısı alınacaq, o cümlədən də sülhməramlılar tərəfindən. Yaşayıb, Azərbaycanın yaxın gələcəkdə hansı vəziyyətə düşəcəyini görəcəyik”.

Qulağının dibini görsən, dediklərinə də nail olarsan, Balasanyan!”.