Rusiyanın viza qərarına Gürcüstandan REAKSİYAbackend

Rusiyanın viza qərarına Gürcüstandan REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan prezidenti Salome Zurabişvili sosial media hesabından Rusiyanın mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza tətbiqini ləğv etməsinə münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, Zurabişvili Rusiyanın onun ölkəsinin ərazisini işğal etdiyi müddətdə Gürcüstanla viza rejiminin ləğvinin qəbuledilməz olduğunu açıqlayıb.

Rusiyanın bu qərarını “təxribat” kimi qiymətləndirən Zurabişvili, “Rusiya Ukraynaya qarşı təcavüzünü davam etdirdiyi və torpaqlarımızı işğal etdiyi müddətdə Gürcüstana birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi qəbuledilməzdir” deyib.

Zurabişvili Rusiyanın viza tətbiqini ləğv etmək qərarının Gürcüstanda siyasi partiyalar arasında gərginlik yarada biləcəyini iddia edib. 

Qeyd edək ki, Rusiyada Gürcüstan vətəndaşları üçün viza müraciəti ləğv edilməklə yanaşı bu ölkəyə uçuş və tur satışına qadağalar da ləğv edilib.

NOCOMMENT.AZ