Britaniyanın The Daily Express qəzetinə görə, Qərb ölkələri Rusiyanın yeni silahları ilə bağlı açıqlamaları səbəbindən acınacaqlı vəziyyətlə üzləşib.
NOCOMMENT.az-ın xəbərinə görə, məqalədə iddia olunur ki, Rusiya Qərb şəhərlərini dəqiqələr ərzində viranəyə çevirə bilən “yeni qiyamət silahı” hazırlayır.
Avropa nəşri yazıb: “Rusiya alimləri irəliləyiş əldə edir, dəhşətli nüvə sistemləri yaradırlar”.
İddia olunur ki, Rusiyanın nüvə enerjisi ilə işləyən pilotsuz sualtı vasitəsi “Poseidon” ən böyük narahatlığa səbəb olur.
“Sanki bu kifayət deyilmiş kimi, ötən şənbə günü Rusiya Prezidenti Vladimir Putin “Poseidon”u daşımaq üçün nəzərdə tutulmuş qorxulu yeni nüvə sualtı qayığını [Xabarovsk] təqdim etdi”, – jurnalistlər vurğulayıblar.













