Rusiyaya qarşı sanksiyaların bir qismi ləğv edildi – ABŞ-la Kreml arasında gizli anlaşma?backend

Rusiyaya qarşı sanksiyaların bir qismi ləğv edildi – ABŞ-la Kreml arasında gizli anlaşma?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Rusiyaya qarşı sanksiyaların bir qismini ləğv edib. Bu addımın iqtisadi tərəfi kənd təsərrüfatında qlobal böhranın yaranması, xüsusilə gübrə çatışmazlığının yaratdığı problemlərlə bağlıdır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, sanksiyaların bir qisminin niyə indi ləğv edilməsinin isə iki mümkün səbəbi var:

“Birincisi, taxıl böhranı razılaşmasıdır. Türkiyə, Rusiya və Ukraynanın İstanbulda keçirilən görüşündə Ukrayna limanlarından taxılın çıxarılması ilə bağlı anlaşma əldə olundu. Rusiyanın taxıl dəhlizinin açılmasına qarşı əsas şərti sanksiyaların yumşaldılması idi və qərarın məhz İstanbul razılaşmasından sonra verilməsi kulis danışıqlarının nəticəsi olaraq görünür.

İkincisi, Ukrayna cəbhəsində planın tədricən yekunlaşmasıdır: Consonun istefasında da yazmışdıq, müharibənin artıq başa çatdırılmasının vaxtıdır və yekunun payızda – rusların enerji kartının effektivliyinin artacağı dövrdə olacağı gözlənilir. Böyük ehtimalla, Rusiya Donbası tamamilə işğal etdikdən sonra “mövqe müharibəsi” mərhələsi başlayacaq, paralel olaraq, danışıqlar masası qurulacaq və sanksiyalar bir qədər də yumşalacaq, proseslər buna doğru gedir.