“Rusiyaya təzyiq daha da artırılmalıdır” – Finlandiya XİNbackend

“Rusiyaya təzyiq daha da artırılmalıdır” – Finlandiya XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya Xarici İşlər Nazirliyinin (XİN) başçısı Elina Valtonen Moskvanı Ukraynadakı müharibəni dayandırmağa məcbur etmək üçün müttəfiqlərinin Rusiyaya daha çox təzyiq göstərməsinin vacib olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, fin naziri bu barədə “Bloomberg”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları gücləndirmək üçün atdığı son addım “son dərəcə əhəmiyyətlidir”.

“Lakin biz, sadəcə, olaraq təzyiqi artırmalıyıq. Təəssüf ki, biz, görünür ki, Rusiyanın imperiya məqsədlərini dəyişdirə bilmirik, lakin onların hesablamalarını dəyişdirmək durumunda olmalıyıq”, – o qeyd edib.

Finlandiya xarici işlər naziri vurğulayıb ki, müharibə çoxlu pul tələb edir: “Biz artıq Rusiyanın real iqtisadiyyatının həqiqətən də bu yükə tab gətirə bilməyəcəyini görürük”.

Xatırladaq ki, ABŞ bu həftə Rusiyanın ən böyük iki neft şirkətinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalara “Rosneft” və “Lukoil”un ABŞ-dəkı bütün aktivlərinin dondurulması və bütün Amerika şirkətlərinin bu Rusiya şirkətləri ilə hər hansı bir iş aparmasının qadağan edilməsi daxildir.

Xatirə SADİQ