Ukrayna ilin əvvəlindən Rusiyanın 160 neft hasilatı və emalı obyektini uğurla hədəfə alıb.
NOCOMMENT.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk brifinqdə deyib.
Onun sözlərinə görə, sentyabr və oktyabr aylarında Rusiyadakı 20 belə obyekt vurulub.
“Bunlar altı neft emalı zavodu, iki neft terminalı, üç neft anbarı və doqquz neft nəqli stansiyasıdır. Bu, daxili neft məhsulları bazarında 20% kəsirə və neft emalı gücünün 37% -nin dayanmasına səbəb olub” – deyə Malyuk vurğulayıb.
Biz məhz qanuni hədəfləri “yandırırıq”. Neft hasilatı və emalı Rusiyanın müdafiə büdcəsinin 90%-ni təşkil edir. Bunlar çirkli neft rubllarıdır, bunun hesabına düşmən bizi öldürür”, – deyə Malyuk əlavə edib.
Xatirə SADİQ













