Saakaşvili yenə qayıtmaq vədi verdibackend

Saakaşvili yenə qayıtmaq vədi verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcülər deyir ki, Mişa gəlməsə, bizə heç nə kömək etməyəcək. Əlbəttə, onların dediyini edəcəyəm, amma bir-birimizə dəstək olmalıyıq. Çünki Mişanın bir bədəni,iki qolu və iki ayağı var. Ona dəstək olmasanız, onu susdura bilərlər”.

NOCOMMENT.az “Azadlıq Radiosu”nun Gürcü Xidmətinə istinadla xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sentyabrın 23-də Frankfurtda keçirilən onlayn konfransda bildirib.

Saakaşvili ölkəyə qayıtmaq vədinə əməl edəcəyini açıqlayıb.

“ABŞ Konqresindəki hər kəs mənə yorulduqlarını deyir. Biz Gürcüstanı çox sevirik, amma gürcü xalqı azadlıq və normal demokratik bir sistem istəmirsə, nə kömək edə bilərik ki? Dünyada daha ciddi problemimiz var”, – deyə Saakaşvili əlavə edib.

Keçmiş dövlət başçısı Gürcüstana nə vaxt qayıdacağının dəqiq tarixin deməyib.

Xatırladaq ki, 2018-ci ilin iyununda Tbilisi Apellyasiya Məhkəməsi Mixeil Saakaşviliyə qiyabi olaraq biznesmen Valeri Gelaşvilini döydürdüyü üçün 6 il həbs cəzası verilib.

Bundan başqa, sentyabrın 6-da da eks-prezident növbəti ayda ölkəyə qayıdacağını bildirmişdi.